Eyfel qülləsi (fr. La Tour Eiffel) — Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilmişdir."Eyfel" adı qülləyə onu inşa edən memarın - Qustav Eyfelin (fr. Gustave Eiffel) adından miras qalmışdır. Memar özü isə qülləni "300 metrlik qüllə" adlandırmışdır. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçmişdir.Eyfel qülləsi Mars adlanan stadionun yanındakı İen sütunları ilə üzbəüz olan Sena çayının yaxınlığında yerləşir.Eyfel qülləsi 1887-1889-cu illər arasında Qustavo Eyfelin firması tərəfindən inşa etdirilmişdir və fransız dövrünün 100 illik münasibəti ilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilmişdir. Qüllənin tikilməsi haqqında Eyfel özü layihə irəli sürmüş, lakin həmin vaxt ondan başqa 107 nəfər də bu mərasimin şərəfinə digər fikirlər də meydana atmışlar. Bu mərasim 1789-cu ildə Fransada baş vermiş intibahla əlaqədar olduğuna görə daha təntənəli surətdə keçiriləcəkdi. Həmin vaxt müxtəlif fikirlər irəli sürülsə də, onların içərisində yalnız 4 nəfər finala çıxmağa haqq qazandı. Məhz bunlardan bir də Qustavo Eyfel idi.Fikirlərdən birinə əsasən daşdan hazırlanmış monumental abidə yaratmaq lazım olduğunu dedilər. Ancaq bundan əvvəl ABŞın Vaşinqton şəhərində bu tipli böyük abidə yaradılmışdı və onun hündürlüyü isə tam 169 m hesab olunurdu. Düşüncələrə görə daşdan hazırlanmış hər hansı abidə bundan hündür ola bilməz, yaxud hazırlanması çox müddət almaqla yanaşı, çətin bir proses olardı. Buna görə də həmin fikir tamamilə rədd edildi. Nəticədə isə Qustavo Eyfel öz hazırladığı layihədə müxtəlif dəyişikliklər etdi, həmçinin dekorasiyasını da qismən dəyişdirdi. Bu böyük layihənin hazırlanması üçün çox vaxt tələb olunsa da Qustavo burada elə metodlardan istifadə etmişdi ki, tam iki il müddətinə qüllə hazır vəziyyətdə olacaqdı. Qeyd edək ki, bu layihənin seçilməsində vaxt problemi də qismən kömək oldu. 1889-cu ildə hazırlanan Beynəlxalq sərgilər bürosunun təməli atılmış və Qustavo Eyfel tərəfindən hazırlanmışdır. Əslində isə bu qüllənin memarı Qustavo Eyfel deyil, isveçrəli Murico Koechin sifarişinə əsasən hazırlayan Stefen Sauvestredir. Stevan həmin layihənin hazırlanmasında ona xüsusi görünüşün verilməsində mühüm rol oynadı, çünki Parislilərin diqqətini cəlb etmək üçün onun xarici görkəmi daha vacib rol oynayırdı. Bu insan öz peşə və sənət yoldaşı olan Emile Nouguier ilə birlikdə bu nümunələri hazırlamışdır. Qüllənin inşası tam 7 739 401 frank 31 sent tutmuşdur, lakin Qustavo Eyfelin fikirlərinə görə isə bu maliyyə xərcləri 1 milyondan da yuxarı olmuşdur. 1889-cu ildə açılış tarixindən əvvəlki beş ay müddətində 1,9 milyon əhali buranı ziyarət edir və nəticədə il sonuna qədər sərf edilmiş xərclərin ¾ çıxardılır. Beləliklə elə ilk əvvəlki dövrlərdən başlayaraq bu qüllə qazanc əldə etməyə şərait yaradan məkanlardan birinə çevrilmişdir.1889-cu ildə qüllənin açılışı zamanı tam 10 min qaz fənərlərindən, iki projektordan və başında isə mayak kimi işıq əks edilmişdir. İşıqların rəngləri mavi, ağ və qırmızı olmaqla Fransanın bayrağını ifadə edirdi. 1900-ü ildə ilk dəfə olaraq işıqlı lampalarla qüllə bəzədilir. 1925-ci ildə isə maqnat Andre Sitroenin avtomobil istehsalçısı kimi markası reklam olunmuşdur. Sitroen özü bu reklamı "Alovlar içərisində Eyfel qülləsi" adlandırmışdır. Eyfeldə həmin vaxt 125 min elektrik lampası quraşdırılmışdı. Demək olar ki, həmin müddət ərzində qüllədə çoxlu sayda reklamlar yerləşdirilməyə başladı və bu dünyanın ən hündür reklam yerləşdirmə yeri hesab olunurdu. Bu hadisələr tam 1934-cü ilədək davam etdi. 2000-ci ilin yeni ili ilə əlaqədar qüllədə bir çox dəyişikliklər edildi və hətta 2003 – cü ildə Eyfel yeni işıqdan hazırlanmış paltarını geyindi. Burada 40 km uzunluğu olan işıq sistemlərindən, 20 min lampadan və hazırlanmada 4,6 milyon avro dəyərində maliyyə xərcindən istifadə edildi.
Piza qülləsi (it. Torre pendente di Pisa) — 1360–cı ildə tikilmişdir. Piza şəhərinin zənglərdən ibarət olan bir qalasıdır və Santa Mariya Assunto kilsəsinin şəhər ansamblının əsasını təşkil edir. Qala özünə "Yıxılan qüllə" adını qazanmışdır və bütün dünyaya öz xarici görkəminə görə tanınmışdır. Çünki qüllənin xaricindən diqqət yetirdikdə onun az qala yıxılacağı görünür, lakin yerə yaxşı bərkidilmişdir.vQüllənin ən alçaq tərəfinin torpaqdan hündürlüyü 55,86 metrdir və ən yüksək tərəfi isə 56,7 metr hesablanmışdır. Divarların enliliyi 4,09 metr və yuxarıya doğru istiqaməti isə 2,48 metr olduğu qeyd edilmişdir. Onun ümumi kütləsi 14453 ton hesab olunur. Tikilinin əyilmə meyli 3,97° sayılır. Şaquli vəziyyətindən 3,9 metr uzaq bilinir. Həmçinin qüllənin 294 pilləsi vardır.Qüllənin tikilməsi üç mərhələdən ibarət olmuşdur. 9 avqust 1173–cü ildən başlayaraq iki dəfə uzun aralarla təxminən 200 il davam etmişdir. Nəticədə tikinti prosesi 1360–cı ildə başa çatdırıla bilinmişdir. Qüllə katolik kilsəsi olan Campo dei Miracolinin zəngləri kimi yaradılmışdır. Ancaq binanın memarı indiyə kimi məlum deyil. Əvvəllər bəzi mütəxəssislər düşünürdü ki, qüllənin əyilmə meyliliyi onun yaradılma üslubundan asılı olmuşdur, lakin hazırda bu fikir rədd edilmişdir. Qüllə şaquli istiqamətdə layihələndirilmişdir, lakin əyilmə tikinti prosesi gedərkən hiss edilməyə başlanılmışdır.Həm meylliliyi, həm də memarıq üslubuna görə 1173–cü ildən etibarən indiki dövrümüzə qədər qala diqqət obyektinə çevrilmişdir. Həmişə çalışılır ki, qala daha möhkəm və davamlı vəziyyətə gətirilsin. Məsələn, dağılmış sütunları dəfələrlə dəyişdirilmişdir. Hazırda daha çox yer altı işlər aparılır və tikilinin özülünün daha möhkəm olması üçün səylər göstərilir.15 dekabr 2001–ci ildə qüllənin qapıları turistlər üçün açıq elan edildi. Aparılmış bir çox tədqiqatlar yeni əfsanələr meydana gətirir. Tədqiqatlar sübut edir ki, qüllənin yıxılmış vəziyyətdə olması və onun daha da sürətlənməsinə tikilinin çəkisi təsir göstərmir. 1564–cü ildə Piza şəhərində anadan olan böyük alim Qalileyo Qaliley öz təcrübələrinin çox hissəsini məhz bu qüllədə aparmışdır. Qalileyo Qaliley əlindəki müəyyən kütlələri Piza qülləsinin başından ataraq, onların düşmə qabiliyyətlərini öyrənmiş və sürətin heç də çəkidən asılı olmadığını sübut etmişdir.30 dekabr 1986–cı ildə YUNESKO ümummilli abidələrin irs nümunəsi siyahısına həmin ansamblı yəni kafedra kilsəsi olan Piazza del Duomo, zəngləri yəni Piza qülləsi, baptist edilən yer və qəbiristanlıq salınmışdır. Ansamblın memarı XI–XIV əsrlərdə İtaliyada monumental incəsənət nümunələrinin yaradılmasına görə böyük təsir qüvvəsinə malik olmuşdur.
Aya Sofya məbədi (yun. Αγία Σοφία, türk. Ayasofya) – Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscid, hal-hazırda isə muzey olan məbəd. Bizans dövrunə aid olan Aya Sofya Bizansın "qızıl əsrinin" simvoludur.1935-ci ildən indiyə qədər muzey kimi fəaliyyət göstərən Aya Sofya Bizansa şahidlik edib, Osmanlı dövrünün möhtəşəm və tarixi abidələrindən biri olaraq il boyunca bütün ölkələrdən gələn turistlər tərəfindən ziyarət edilir. Zamana meydan oxuyan nəhəng ölçüdə, iqlim şərtləri, zələzələlər kimi təsirlərlə yaranan aşınmaların günümüzdə çox incə və ehtiyatlı halda aparılan bərpa işləri ilə aradan qaldırılmasına çalışılır.Aya Sofya muzeyi Sultanəhməd meydanını dövrəyə alan Sultanəhməd məscidi, Yerəbatan qəsri, Aya İrini kilsəsi, III Əhməd çeşməsi, Soyuq Çeşmə küçəsi arasında yerləşir.Aya Sofya ətrafında aparılmış qazıntı işləri zamanı tapılmış Bizans sütunlarından nümunələr nümayiş etdirilən baxçadan keçib tikiliyə daxil olanları qapı üzərində görkəmli mozaikalar qarşılayarkən, sola ayrılan daş döşəməli rampa döngələrlə ilə ziyarətçiləri üstədəki qalareyaya aparır. Üst qatın sol tərəfində irəliləyənlər sərgi bölümünü, Aya Sofya qübbəsindən özülünə doğru ana məkanı seyr etmək imkanı əldə edir və Mustafa İzzət xətti Allah, həzrəti Məhəmməd, həzrəti Osman, həzrəti Əbubəkr, həzrəti Ömər, həzrəti Həsən, həzrəti Hüseyn lövhələri daha yaxından görünür. Üst qalareya çıxışının sağ tərəfində gəzməyə davam edənlər tavanı bəzənmiş uzun bir dəhlizdə irəliləyərək Cənub Qalareyasında yerləşən Mərmər Qapıya gəlib çıxırlar. Bu qapı girişinin sağında tavana yaxın bölümdə Deisis mozaikası yer alır. Bu kompozisiyada İsa, Məryəmvə Vaftizçi Yəhya ilə birlikdə görülür.Eyni qalareya ilə irəlilədikcə pəncərəyə yaxın bölümdə 4 xaçlı rəhbəri cərgəsində İstanbula gələn və burada vəfat edən latın mənşəli komandir "Henrikus Dandol"nın məzarı yerləşir. Cənub qalareyasının sonunda rast gəlinən divarda Məryəm, balaca İsa, imperator İoannes və imperatiriça Eirene (12-ci yüz il) mozaikası, Şimal qalareyasında imperator İskəndərin mozaikası görülür. Ayasofya bölmələrində Bizansda ilk dövrə məxsus həndəsə və flora mozaikalarının yerləşdiyi üst qalareyadan enərək ana sahəyə daxil oluruq.
“Azadlıq heykəli” və ya “Dünyanı işıqlandıran azadlıq” (ing. The Statue of Liberty, Liberty Enlightening the World; fr. La Liberté éclairant le monde) – Nyu-York, Manhettendə, Nyu-York limanında yerləşənAzadlıq adasında ucaldılmış nəhəng neoklassik heykəldir. Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış heykəl 28 oktyabr 1886-cı ildə Fransa xalqı adından ABŞ-a hədiyyə edilmişdir. Heykəldə təsvir olunan ayaq üstə dayanmış xələtli qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir. O bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776-cı il tarixinin yazıldığı tabula ansata (qanunların yazıldığı tablet) tutmuşdur. Qırılmış zəncir onun ayağının üstünə sərilmişdir. Azadlığın və ABŞ-ın simvollarından biri olan heykəl, xaricdən gələn qonaqları salamlayan siqnaldır.Bartoldi, 1865-ci ildə ona ABŞ-ın azadlığının elan edilməsinə həsr ediləcək abidənin Fransa və Amerika xalqlarının ortaq layihəsi olmalı olduğunu deyən fransız professor və siyasətçi Eduard Rene de Labuledən təsirlənmişdir. Fransadakı qarışıq siyasi vəziyyətlə əlaqədar olaraq heykəl üzərində işlər 1870-ci illərə kimi başlamamışdır. 1875-ci ildə Labule təklif etdi ki, Fransa heykəlin hazırlanmasının maliyyə xərclərini üstlənsin, ABŞ isə heykəl üçün yer ayırsın və postament inşa etsin. Heykəlin tam dizaynının hazırlanmasından əvvəl Bartoldi onun başını və məşəl tutan əlini hazırlamışdı və bu detallar beynəlxalq sərgilərdə göstərilmişdir.Məşəl tutan əl 1876-cı il Filadelfiya Beynəlxalq Sərgisində, 1876-1882-ci illərdə isə Medison Squeə Parkında göstərilmişdir. Heykəlin hazırlanması üçün maliyyə bəxşişlərinin toplanması xüsusilə, amerikanlar üçün çətin keçmişdir və 1885-ci ildə postamentin inşasının dayandırılması təhlükəsi yaranmışdır. Bundan sonra “New York World” jurnalının naşiri, publisist Cozef Pulitser tərəfindən işlərin tamamlanmasına dəstək olmaq məqsədiylə kompaniya başlanmış və 120,000-dən çox iyanəçi bu işə cəlb olunmuşdu ki, bunların da əksəri 1 dollardan az iyanə vermişdi. Heykəl Fransada hazırlanmış, daha sonra isə ABŞ-a daşınaraq, əvvəl Bedloe adası adlandırılan adada inşa edilmiş postament üzərində ucaldıılmışdır. Heykəlin tamamlanması birinci Nyu-York “Əsas xətt paradı” ilə qeyd edilmiş və mərasimə ABŞ prezidenti Qrover Klivlend rəhbərlik etmişdi.1901-ci ilə kimi heykəl ABŞ Mayak Xidmətinin tabeliyində olmuş, daha sonra Müharibə Departamentinin tabeliyinə verilmişdir; 1933-cü ildən sonra heykəl Milli Park Xidmətləri idarəsinin tabeliyinə verilmişdir. 1938-ci ildən sonra heykəl bir neçə dəfə yenilənmə işləri üçün bağlanmışdır. 1980-ci illərin əvvəllərində heykəlin vəziyyətində əmələ gəlmiş pisləşmələr, onun əsaslı təmirinə ehtiyyac olduğunu ortaya çıxardı. Beləcə, 1984-1986-cı illərdə heykəlin bağlandığı müddətdə, heykəlin məşəl hissəsi və daxili strukturu yenilənmişdir. 2001-ci il 11 sentyabr terrorundan sonra təhlükəsizliyin təmin edilməsi məqsədi ilə heykəl ziyarətçilər üçün bağlanmışdır; 2004-cü ildə postamenti, 2009-cu ildə taca çıxan ziyarətçilərin sayına limit qoyulması şərti ilə heykəl özü ziyarətçilər üçün açılmışdır. 28 oktyabr 2012-ci ildə heykəl və postamenti bir illik müddətə ziyarətə bağlanmış, bundan sonra ikinci pilləkan və digər təhlükəsizlik qurğuları inşa edilmiş, bindan sonra Azadlıq adası açılmışdır. Lakin açılışdan bir gün sonra, Sendi qasırğası səbəbiylə Azadlıq adası yenidən ziyarətçilərin üzünə qapadılmış, 4 iyul 2013-cü ildə isə yenidən açılmışdır. 1916-cı ildən etibarən təhlükəsizlik səbəbiylə məşəl ətrafındakı eyvana çıxışlar məhdudlaşdırılmışdır.