Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Cənubi Qafqazda, Xəzər dənizi hövzəsində yerləşən dövlət. Paytaxtı Bakı şəhəridir. Şimaldan Rusiya (Dağıstan)[13], Gürcüstan, qərbdənErmənistan, Türkiyə və cənubdan İran ilə həmsərhəddir.Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) Ermənistan Respublikası tərəfindən işğal edilib, bu da ölkə ərazisinin 20 faizini təşkil edir.Dövlət sərhədləri cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 392 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.Su sərhədi 825 kilometrdir.
Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 kilometrdir1918-ci ilin 28 may günü müsəlman şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 30 avqust 1991-ci ildə SSRİ tərkibində "müttəfiq respublika" statusunda olan Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" deklarasiya, 18 oktyabr 1991-ci il tarixində isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul etdi. Bu tarix müasir Azərbaycan dövlətinin müstəqilliyinin bərpası günü sayılır.Hazırda Azərbaycan qədim tarix və mədəniyyət irsinə malik dünyəvi və unitar dövlət olub, etnik Azərbaycan çoxluğuna sahib ölkədir. Azərbaycan altı müstəqil türk dövlətindən biridir. Respublikanın 158 ölkə ilə diplomatik münasibəti vardır, 38 beynəlxalq təşkilatın üzvüdürAzərbaycan GUAM və Kimyəvi silahdan istifadə qadağası təşkilatlarının təsisçilərindən biridir. 1993-cü ilin sentyabrından Müstəqil Dövlətlər Birliyinin üzvüdür. 9 may 2006-cı ildə Azərbaycan BMT-nin yeni yaradılan insan haqları komitəsinə üzv seçilib. Səlahiyyətli nümayəndəlik 19 iyul 2006-cı ildən başlayıb. Azərbaycan həmçinin BMT, ATƏT, Avropa Şurası və NATO-nun sülh naminə tərəfdaşlıq proqramının üzvüdür. Bundan əlavə ölkə Birləşməyənlər Hərəkatı, Beynəlxalq Ticarət Təşkilatı və Beynəlxalq Elektrorabitə İttifaqında müşahidəçi statusuna malikdir.

Qız qalası — Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Qala qədim qala divarlarının (İçəri Şəhərin) cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur.Hündürlüyü 28 m, diamеtri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdırDaşdan hörülmüş bu tavanların оrtasında dairəvi dеşiklər vardır. Dеşiklər şaquli хətt istiqamətindədir. Bеlə ki, VIII mərtəbənin tavanının оrtasında оlan dairəvi dеşikdən baхdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. Qalaya yеganə giriş yоlu оnun qərb tərəfində, yеrin əvvəlki səthindən 2 m hündürlükdə və 1,1 m еnində оlan tağlı qapı yеridirAzərbaycanın emblemlərindən biri olan Qız qalası Azərbaycan pul əskinaslarının üstündə də dəfələrlə təsvir edilmişdirSon illərdə Qız qalasında və onun ətrafndakı meydanda hər il Novruz bayramı şənliklərinin keçirilməsi ənənəsi yaranmışdır
Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Məhəmməd oğlu Fəzl (Fəzl ibn Məhəmməd) tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub.Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilmişdir. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.Körpüdən bir qədər aralı daha bir körpü də vardır ki, bu körpü də Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarət olmuş və XIII əsrdə, Elxanilər dövründə inşa edilmişdir. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır.
Qobustan rayonu Azərbaycanın Şirvan adlanan tarixi vilayətinin inzibati rayonlarından biridir. İlk adı Duvannı olmuşdur. Duvannı stansiyası 1893-1994-cü illərdə yaranıb. 1901-1905-ci illərdə ilk dəfə Duvannı stansiyasından xaricə neft göndərilib. 1935-1937-ci illərdə Azərbaycanda ilk dəfə olaraq Duvannıda kəşfiyyat neft buruğu işə salınıb. 1945-1949-cu illərdə Duvannı Hacıqabul rayonunun tərkibində olub. 1950-1954-cü illərdə Duvannı rayonu yaranıb (tərkibində: Sənqəçal, Çeyildağ, Ələt, Atbulaq qəsəbələri olmaqla). 1956-cı ildən yenidən Molotov (Qaradağ) rayonunun tərkibinə keçib.Qəsəbə 1951-ci ildə şəhər tipli qəsəbə kimi təşkil olunub. 1972-ci ildə Duvannının adı dəyişib Qobustan qoyulub. Indiki Qobustan qəsəbəsinin ərazisi qədim insanların məskunlaşdığı yerlər olub. Hal-hazırda Qobustan Dövlət Qoruğunda qorunan qaya təsvirləri buna əyani sübutdur. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, qaya təsvirləri bizim eramızdan əvvəl II minilliyə – "Daş dövrü"nə təsadüf edir.