Fizika – maddi aləmin obyektiv xassələrini öyrənən təbiət elmlərindən biridir. Fizika sözünü elmə ilk dəfə qədim yunan filosofu Aristotel gətirmişdir. O, əsərlərində qədim şərq və yunan elmlərinin bütün naliyyətlərini toplayıb, sistemləşdirmişdir. Fizika ilə yanaşı, Mexanika, Meteroloji məsələlər haqqında əsərləri də olmuşdur. Daha sonra fizika anlayışını Azərbaycan dilinə XI əsrdə yaşamış dahi Azərbaycan filosofu Bəhməyar əl-Azərbaycani işlətmişdir. |