Kimyanın tədqiqat obyekti maddələr - atom və molekullardır. Bunlar kimyəvi hissəciklər adlanırlar. Onların ölçüsü 10-10 – 10-6 metr arasında olur. Bundan kiçik ölçülü hissəcikləri fizika öyrənir. Həmin hissəciklər mikrohissəciklər adlanır. Ölçüsü iri olan hissəciklərdə baş verən prosesləri də fizika öyrənir.Adı kimyəvi üsullarla daha bəsit maddələrə ayırmanın mümkün olmadığı təbii və süni maddələr. Kimyəvi elementlər bir-biri ilə birləşərək bizi əhatə edən aləmin bütün mürəkkəb maddələrini əmələ gətirir. Hər kimyəvi element, nüvəsində eyni sayda elektrik yükü və atom örtüyündə eyni sayda elektron olan atomlardan yaranmışdır. Atomların nüvəsi sayca həmin elementin atom nömrəsinə bərabər protondan və müxtəlif sayda neytrondan ibarətdir. Eyni elementin kütlə ədədləri müxtəlif olan növlərinə izotop deyilir. Kimyəvi elementlərin çoxunun təbiətdə iki və ya daha artıq izotopu var. 81 elementin 276 sabit və 1500-ə yaxın radioaktiv izotopu məlumdur. Yer üzərində təbii elementlərin izotop tərkibi, adətən, sabit olduğundan hər elementin atom kütləsi, demək olar ki, daim sabit qalır və elementin ən mühüm xarakteristikalarından biridir.Hələlik elmə məlum olan Kimyəvi elementlərin sayı 118-dir (2008). Onların əksəriyyəti radioaktiv deyil və təbiətdə mövcud olan bütün bəsit və mürəkkəb maddələri əmələ gətirir. Bəsit maddə - elementin sərbəst haldakı formasıdır.Kimyanın tarixi Əlkimya(kimyagərlik) əvvəli,Əlkimya (kimyagərlik) dövrü, Ənənəvi və Müasir kimya dövrləri olmaq üzrə 4 dövrə bölünür.Kimyanın bilinən tarixi Qədim Misir dövründə başlamışdır. E.Ə 2000-ci illərdə Misirlilərin kimyəvi üsullar istifadə edərək kosmetik tozlar çıxardıqları iddia edilməkdədir. Kral Hamurabi dövründə (e.ə 1792-1750) Babillər qızıl, gümüş, civə, güllə, dəmir və mis kimi metalları təyin olunmuş və bu metallara simvollar verilmişdir. Erkən Yunan fəlsəfəçilər (Sokrates əvvəli mütəfəkkirlər) təbii hadisələri fövqəltəbii olmayan səbəblərlə şərhə çalışmışlar, bunun nəticəsində də bu dövrdə əlkimya əvvəli kimya elminin təməlləri atılmışdır. Miletli Tales (e.ə 624 - e.ə 546) maddənin prinsiplərini araşdırmış və suyun kainatın təməl maddəsi olduğunu önə sürmüşdür.Bir başqa Miletli Anaksimandros (e.ə 610- e.ə 546) suyun əleyhdarı olan atəşin necə meydana gəldiyini sorğulamışdırEmpedokles (e.ə 490-430) kainatın 4 təməl element atəş, hava, su və torpaqdan meydana gəldiyini iddia etmişdir. Empedoklesin tərifinə görə torpaq bərk/qatı maddələri, su maye maddələri və metalları, hava gazları ifadə etməkdə idi. Bununla birlikdə atəşidə bir müddətdən çox maye, qaz və bərk/qatı kimi maddənin bir halı olaraq təyin etmişdir. Demokritosun müəllimi Leukippos kainatın iki növ elementdən meydana gəldiyini (boşluq və bərk/qatı) ifadə etmiş, boşluğun və qatılığın kainatdakı bütün elementləri meydana gətirdiyini ifadə etmişdir.Democritus (e.ə 460-370 ) Leukippos ilə birlikdə atomçu nəzəriyyəni inkişaf etdirmişdir. Maddələrin quruluş daşı olaraq daha kiçik parçalara ayrıla bilməyən atomlar Leucippus və Democritusun inkişaf etdirdiyi bir fəlsəfə sistemi olaraq qəbul edilməsinə baxmayaraq Platon bu atomçuluq nəzəriyyəsinə bölünə bilməzlik prinsipini əlavə etmişdir.Plato kainatı meydana gətirən 4 təməl elementin geometirik qatılardan meydana gəldiyini bu qatılarında üçbucaq səthlərdən meydana gəldiyini iddia etmişdir.Aristoteles (e.ə 384-323) elementlərin xüsusiyyətləri düşüncəsini təyin etdirmişdir. Fərqli elementlərin fərqli xüsusiyyətləri olduğunu və bunun müxtəlif dəyişənlərə bağlı olduğunu ifadə etmişdir. Bu xüsusiyyətləri dəyişdirildiyində bir elementin başqa bir elementə çevrilə biləcəyini və maddələrin dəyişmə halında olduğunu iddia etmişdir.